AZ

“Prezident Kuboku-2024” beynəlxalq reqatasının iştirakçı ölkələrin rəsmi paradı keçirilib - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasının iştirakçı ölkələrin rəsmi paradı keçirilib. SİA xəbər verir ki, Mingəçevir şəhər Heydər Əliyev prospektində keçirilən rəsmi paradı izləyənlər arasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Elman Nəsirov və yarış üçün ölkəmizə təşrif buyuran bir sıra rəsmi qonaqlar da olub.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra yarış iştirakçıları bayraqla Mingəçevir şəhərinin mərkəzində yürüş ediblər. İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə və üzərində avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.

20-dək ölkənin idmançılarının iştirak etdiyi paradı şəhər sakinləri böyük təntənə və coşğu ilə qarşılayıblar.

Daha sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov və digər rəsmi qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər.

Tədbir rəqs qrupunun maraqlı rəqsləri ilə davam edib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku-2024” beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. Yarışlar mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. “Prezident Kuboku” reqatasına atəşfəşanlıqla yekun vurulacaq.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla