AZ

Maarifləndirici tədbir keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.11-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Zərərli vərdişlərin sağlamlıq üçün təhlükəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, təhsil müəssisələrinin rəhbərləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tibb işçiləri, psixoloqlar, valideynlər, yeniyetmə və gənclər iştirak edib.

Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin baş verməməsi, qarşısının alınması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib. Əhali, eləcə də yeniyetmə və gənclər arasında sağlam həyat tərzi keçirməyin əhəmiyyəti, zərərli vərdişlərin fəsadları barədə məlumatlılığın vacibliyi qeyd edilib, bu istiqamətdə keçirilən silsilə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Tibb işçiləri insanların, xüsusən də yeniyetmə və gənclərin sağlamlığına təhlükə törədən narkotik vasitələrin, eləcə də digər zərərli maddələrin istifadəsi zamanı insan orqanizmində yaranan fəsadlar, qeyri-infeksion xəstəliklərin yaranma səbəbləri barəsində ətraflı məlumat verərək qeyd ediblər ki, zərərli vərdişlər qeyri-infeksion xəstəliklərdə əsas risk amilidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, videomaterial nümayiş olunub.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla