AZ

Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış edildi

Bakı. Trend:

Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan RespublikasıƏməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasının yekunlarına dairqəbul olunmuş Doha Bəyannaməsində Ərəb Liqası - Azərbaycan vəMərkəzi Asiya formatı qarşılıqlı maraq doğuran məsələlər üzrəmövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı dəstəkləyən dəyərliplatforma kimi qiymətləndirilib, habelə müxtəlif digərformatlardakı səylərin təkrarlanmadan problem və nəticələrə yönümlüyanaşmanın sərgilənməsinin zəruriliyi qeyd edilib.

XİN-dən Trend-ə verilən məlumata görə, Doha Bəyannaməsində, eynizamanda, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinədəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dairçağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdətutan delimitasiya razılığının əhəmiyyətinə vurğu öz əksinitapıb.

Birləşmiş Ərəb Əmirliklərinin 2022-2023-cü illər ərzində BMTTəhlükəsizlik Şurasına üzvlüyünün təqdirəlayiq olduğu bildirilib,habelə beynəlxalq təşkilatlar çərçivəsində ümumi maraqlaraəsaslanan qarşılıqlı dəstək və əlaqəlındirilməyə çağırışolunub.

Ölkəmizin 2024-2026-cı illər ərzində Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyininməmnunluq doğurduğu, habelə AQEM və Ərəb Liqası arasında birgəlayihə və tədbirlərin təşkilinə dəstək ifadə olunub.

Doha Bəyannaməsi, eyni zamanda bir sıra ölkələrdə, o cümlədənAzərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən minatəhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri,habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstəkgöstərməyə dəvət edib.

Ölkəmizin COP29 sədrliyinə seçilməsi məmnunluqla qarşılanıb,COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dəstək ifadəolunub, habelə bu istiqamətdə qlobal həmrəylik səylərinin əldəedilməsində uğurlar arzu olunub.

Doha Bəyannaməsində, həmçinin Azərbaycan və Mərkəzi Asiyanıəlaqələndirən yaşıl enerji dəhlizinin iqlim dəyişikliyi iləmübarizə, habelə yaşıl texnologiyalara keçid prosesindəəhəmiyyətinə vurğu edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla