AZ

Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşda delimitasiya məsələsini xalqına bir stəkan su ilə izah edib.

Bu barədə o, “Dövlət haqqında söhbətlər” adlı videoçarxında danışıb.

Hökumət başçısı bildirib ki, dövlətlərdə suverenliyin ən mühüm atributu xalqın öz hüquq və vəzifələrinin dairəsini müəyyən etməsidir, ancaq bunun üçün ərazi konkretləşməlidir. Bu olmasa, suverenlik, hüquq, hətta dövlətçilik eroziyaya məruz qalır və lazımsız hala gəlir.

Paşinyan fikrini daha aydın nümayiş etdirmək üçün su ilə doldurulmuş qabdan istifadə edib. O, xalqa müraciət edərək qabın içindəkini hüquq və vəzifələr kimi təsəvvür etmələrini istəyib. Baş nazir suyu boş stəkana töküb və bildirib ki, hüquqlar, vəzifələr konkret formadadırsa, deməli, onlar məqbul və həyatqabiliyyətlidirlər.

Sonra o, hüquq və vəzifələrin konkretləşmədiyi formanı nümayiş etdirib. Bunun üçün baş nazir qabdakı suyu stolun üstünə töküb. Kadrlarda masadakı suyun yayılaraq Paşinyanın üstünə töküldüyü görünür.

“Beləliklə, konkretləşmə olmasa, hüquq və vəzifələr davamlı olmur, problemlər və diskomfort hissi yaradır. Bizim Tavuş bölgəsində gördüyümüz işlərin məqsədi məhz budur”, – deyə Paşinyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
11
Mənbələr
Şərh ()
Bağla