AZ

"Azərbaycanda qiymətli kağızlar bazarı zəif formalaşıb" - Emin Qəribli

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb.Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib.

İqtisadçı ekspert Emin Qəribli BiG.AZ-a bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı formalaşmayıb.Bu addım bizim qiymətli kağızlar bazarını da stimullaşdıracaq. Kredit formasında deyil, qiymətli kağızlar formasında olanda sahibkarlara daha çox stimul olur.

"Sahibkarlığın İnkişafı Fondu öz aktivlərinin müəyyən hissəsini qiymətli kağızlara yönəldib. Bu o deməkdir ki, həm yardım göstərir, həm fond olaraq qiymətli kağızlardan gəlir əldə etmək imkanı olur. Bu, ikitərəflidir. Hesab edirəm ki, bu addım bizim qiymətli kağızlar bazarını da stimullaşdıracaq. Bunun xarici yoxsa yerli müəssisələrin səhminə investisiya olması məlum deyil. Çox güman ki, yerli olacaq. Bu, yerli sahibkarları stimullaşdırır. Kredit formasında deyil, qiymətli kağızlar formasında olanda sahibkarlara daha çox stimul olur. Azərbaycanda qiymətli kağızlar bazarı formalaşmayıb və ya zəif formalaşıb. Bu kimi addımlar maliyyə resurslarının akkumilyasiyasına yardım göstərə bilər. Bu tendensiya davam etməlidir. Dəfələrlə artırılsa, yaxşı olar".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla