AZ

“Vaşinqtonun Çinin istehsal gücü ilə bağlı narahatlığı əbəsdir”- ÇİN XİN

Vaşinqtonun Çinin istehsal gücü ilə bağlı narahatlığı əbəsdir.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsian brifinqdə ABŞ dövlət katibi Entoni Blinkenin Çinin potensialı həddindən artıq olması ilə bağlı açıqlamasına cavab olaraq deyib.

“Əslində həddindən artıq olan ABŞ-ın narahatlıqları və Çinə atılan böhtan xarakterli müxtəlif bəyanatlarıdır”, – XİN rəsmisi bildirib.

O qeyd edib ki, Vaşinqtonun Çində həddindən artıq imkanlar mövzusunu şişirtməsi iqtisadiyyatın sağlam düşüncəsinə və sənaye inkişafı faktlarına ziddir.

Azpost.info

Seçilən
51
azpost.info

1Mənbələr