AZ

Türkiyənin BMT-dəki daimi nümayəndəsi: Azərbaycan kəndlərinin qaytarılması regionda sülhün bərpası üçün əsas amildir

Cənubi Qafqazda daimi sülhün bərpası üçün Ermənistanın işğal altında saxladığı Azərbaycan kəndlərini geri qaytarması əsas amildir.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin BMT-dəki daimi nümayəndəsi, xarici işlər nazirinin müavini Ahmet Yıldız deyib.

O, vurğulayıb ki, Ermənistanın Qazaxın 4 kəndini Azərbaycana qaytarmaqla bağlı razılığa gəlməsi ilk növbədə onun özü üçün tarixi bir fürsəti dəyərləndirmək mənası daşıyır:

“Ermənistanın öz məsuliyyətini anlayıb doğru istiqamətə yönəlməsi təqdir olunmalıdır. Eyni zamanda, Ermənistanın danışıqlarda işğal zamanı minaladığı ərazilərlə bağlı razılığa gəlməsi də zəruridir. Bütün bunlar hər şeydən öncə Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcək məsələlərdir”.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla