AZ

Fransa Senatının nümayəndəsi Mirzoyanın müavini ilə görüşdü

Ermənistan Respublikası xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Fransa Senatının Xarici Əlaqələr, Müdafiə, Silahlı Qüvvələr və Avropa Məsələləri Komissiyasının üzvü Ronan Le Qloyonu qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, regional məsələlər müzakirə edilib.

 

"Həmsöhbətlər Ermənistan və Fransa arasında çoxşaxəli əməkdaşlığa, eləcə də Ermənistan-Aİ tərəfdaşlığı gündəliyi ilə bağlı məsələlərə toxunublar", - deyə qeyd olunub.

 

Paruyr Hovhannisyan həmsöhbətinə Ermənistan hökumətinin hazırladığı “Sülhün qovşağı” layihəsini təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla