AZ

MEDİA-da Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru ilə görüş keçirildi

Media qurumları ilə sığorta sektoru arasındakı mövcud münasibətlər və yeni imkanlar müzakirə edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan Medianın İnkişad Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov arasında keçirilən görüşdə bildirilib.

ASA-nın İcraçı direktoru görüşdə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən danışıb, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi haqqında məlumat verib.

MEDİA-nın rəhbəri də öz növbəsində sığorta sektorunun inkişafı istiqamətində görülən işləri maraqla qarşıladığını bildirib. Sığorta sektorunun media ilə qurduğu əlaqələri uğurlu hesab edərək yüksək qiymətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
Mənbələr
Şərh ()
Bağla