AZ

Ölkəmizin prezidenti satqındır - İrakli Kobaxidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini satqın adlandırıb və qeyd edib ki, sonuncu dövlətin milli maraqlarına xəyanət edir. Bu barədə Suptnik Gürcüstan yazıb. 

"Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstanın prezidenti adlandırılan şəxs sözün əsl mənasında, sadəcə olaraq, bu ölkənin satqınıdır. O, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, Zurabişvilinin ölkə prezidenti postunu tutması da üzücüdür. Bunun üçün o, gürcü xalqından "şəxsən üzr istəyib”.

Gürcüstanın hakim partiyasının rəhbərlik etdiyi hökumətlə prezident arasında köklü fikir ayrılıqları ötən il, Zurabişvilinin Nazirlər Kabinetinin icazəsi olmadan Avropa turnelərinə çıxması ilə başlayıb.

Bu ziddiyyətlər son günlər hakim partiyanın ölkə parlamentində "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə etməsi ilə daha da kəskinləşib. Prezident də, Gürcüstan müxalifəti də bunu "Rusiya qanunu” hesab edir.
 
Gülnar Nazimqızı

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
Mənbələr
Şərh ()
Bağla