AZ

Premyer Liqa komandasını öz "silah"ı ilə vurdular – MARAQLI VİDEO

“Necə deyərlər, “Araz Naxçıvan” “Zirə”ni öz “silah“ı ilə vurdu.

90 dəqiqə rəqibi oynatmamaq, boş zona buraxmamaq və yekunda standart vəziyyətdən vurulan qol...

Həftələr öncə qəsəbə klubu da məhz bir çox qarşılaşmaları bu cür qazanmışdı”.

Bu açıqlama “Sportinfo TV“nin aparıcı eksperti Elçin Cəfərovə məxsusdur.

O,“Zirə” – “Araz Naxçıvan” matçını (0:1) belə dəyərləndirib.

Tanınmış jurnalist Premyer Liqada başa çatan 32-ci turundan danışarkən, bir sıra maraqlı məqamlara toxunub.

Xüsusilə anşlaq qeydə alınan “Sumqayıt” – “Qarabağ” qarşılaşmasındə (1:0) qeydə alınan hakim səhvlərinə geniş şəkildə toxunub.

Qeyd edib ki, VAR heç də Azərbaycan futbolunda ədaləti tam bərpa etməyib.

Elçin Cəfərov eyni zamanda hesabat turunda oynanılan digər qarşılaşmalara nəzər yetirərək, maraqlı şərhlərlə diqqət çəkib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla