AZ

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

BDU-nun

Bakı, 30 aprel, AZƏRTAC

Festivalda əksər təcrübə proqramları ilə maraqlandım və tanış oldum. Düşünürəm ki, burada bir çox uğurlu proqramlar mövcuddur. Fikrimcə, universitet tələbələri, xüsusilə iş axtarışında çətinlik çəkənlər bu festivaldan kifayət qədər bəhrələnə biləcəklər.

Bunu AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universiteti (BDU) və Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə keçirilən Karyera Festivalında BDU-nun Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Fərahim Rəhimzadə söyləyib.

“Festivalda, xüsusən müasir texnologiyaların inkişafı sahəsində təcrübə proqramlarına daha çox rast gəldim. Məncə, bu sahəyə marağı olanlar üçün festival faydalı olacaq.

Onu da deyim ki, dövrün tələbinə uyğun ixtisaslar üzrə təcrübə proqramlarının çox olması diqqətimi çəkdi. Həmçinin informasiya, jurnalistika və maarifləndirmə işləri ilə bağlı, eləcə də marketinq və menecerlik kimi proqramlarla tanış oldum”, - deyə tələbə fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla