AZ

Pentaqon açıqladı: Üzən dokun tikintisi bu tarixdə başa çatacaq

\"Qəzza sahillərində humanitar yardım üçün istifadə edilməsi planlaşdırılan üzən dokun tikintisi may ayında başa çatacaq\".
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi (Pentaqonun) sözçünün müavini Sabrina Sinq Qəzza ilə əlaqədar danışarşən deyib.

Sinq açıqlamasında \"onların inşa etdikləri üzən dokun planlaşdırılan tarixdə (may ayında) istifadə edilməsi üçün hələ də tikilməkdə olduğunu\" bildirib.

Açıqlamada körpünün inşası tamamlandıqdan sonra Qəzzaya gündə təxminən 90 TIR humanitar yardımın çatdırılacağı, estakada tam fəaliyyətə başlayanda gündə təxminən 150 TIR humanitar yardımın keçidinə icazə verilməsinin planlaşdırıldığı bildirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden martın 7-də ordusuna Qəzzaya yardımın daxil olması üçün sahildə müvəqqəti liman tikməyi tapşırdığını elan edib.

Pentaqonun sözçüsü general Pat Ryder aprelin əvvəlində mətbuata verdiyi açıqlamada Qəzzaya humanitar yardım çatdırmaq üçün qurduqları Birgə Sahil Logistika Mexanizminin (JLOTS) yoluna davam etdiyini bildirib.

\"Ümid edirik ki, mayın əvvəlinə qədər danışdığımız kimi təxminən 60 gün ərzində tam əməliyyat gücünə çatacağıq.\" Rayder, bacardıqca sürətli hərəkət etməyə çalışdıqlarını söyləyib.
 
Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla