AZ

Türkiyəli turist Tailandda qalmaqal yaratdı

Tailandın turizm şəhərlərindən biri olan Phuketdə baş verən hadisə ölkəni şoka salıb.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı Alper Polat adlı turist qırmızı motosikletini Kasikorn Bankının yaxınlığındakı küçədə yanlış park edib.

İcazəsiz yerdə saxlayan şəxsin motosikletinin təkərinə zəncir bağlayan polisin bu tədbirini Polat iri kəlbətinlə həll edib. Kəlbətinlə zənciri qıran və sonra motosikletini işə salan türkiyəli turist yanındakı şəxsə dəbilqə verib və onu uzaqdan çəkən şəxsə “sus” işarəsi verib.

Motosikletin yerində olmadığını görən polislər hadisə ilə bağlı araşdırmalara başlayıb.

Polatın hərəkəti sosial mediada böyük əks-səda doğurub, yerli media bu görüntüləri dəfələrlə dərc edib və Türkiyə vətəndaşı tənqid edib.

Polat “Yol hərəkəti haqqında” Qanunun 159-cu maddəsinə əsasən “avtomobilin idarəetmə avadanlığını zədələməyə, məhv etməyə, dəyərini azaltmağa və ya yararsız hala salmağa cəhd” maddəsi ilə ittiham olunur. Bundan baqşa, o, Cinayət Məcəlləsinin 80-ci maddəsi ilə “cinayət törətməyə cəhd” maddəsi ilə suçlanır.

Əsmətxanım 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla