AZ

BMT: Qəzzadakı dağıntıların təmizlənməsi 14 il çəkəcək

Qəzza zolağında bombardmanlar döyüşlər zamanı yaranan dağıntıların təmizlənməsi ən azı 14 il çəkəcək.

Herbiand.az bildirir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinə istinadən məlumat verib.

BMT-nin hesablamalarına görə, Qəzza zolağında gedən döyüşlər bütün anklavda təxminən 37,5 milyon ton dağıntının əmələ gəlməsi ilə nəticələnib. Onun böyük hissəsi partlamamış bombalar və digər sursatlarla doludur və təmizlənməsi ən azı 14 il çəkə bilər. Ən çox zərər çəkmiş ərazilər zolağın şimalındadır. Ondan sonra cənubda Xan Yunis, Qəzzanın mərkəzində Deyr əl-Balah və İsrail qüvvələrinin bir vaxtlar “təhlükəsiz zona” adlandırdığı ən cənub anklavda Rəfah gəlir.

BMT-nin son hesabatında da Qəzzada sürətlə böyüyən psixi sağlamlıq böhranı olduğu qeyd edilir. “200 gündən çox davam edən amansız zorakılıq və dağıntılar, xüsusən də UNICEF-in məlumatına görə, psixi sağlamlığın qorunmasına, psixoloji və sosial dəstəyə ehtiyacı olan bir milyondan çox uşağın psixososial ehtiyaclarını daha da artırıb”, - deyə sənəddə bildirilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla