AZ

Londonda naməlum şəxs insanlara qılıncla hücum etdi - xəsarət alanlar var

Böyük Britaniyanın paytaxtı Londonun şimal-şərqində qılıncla silahlanmış şəxsin insanlara hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Bildirilib ki, hadisə Heynolt metrostansiyası ərazisində baş verib. Naməlum şəxs avtomobillə binaya çırpılıb, bundan sonra o, soyuq silahla yoldan keçənlərə və iki polis əməkdaşına hücum edib.

Qeyd edilib ki, 36 yaşlı kişi hadisə yerində saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
10
Mənbələr
Şərh ()
Bağla