AZ

Azad Gözəlov: “Bu, avarçəkməyə marağının artmasına səbəb olur”

“Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 101-ci il dönümünə həsr edilən çoxsaylı tədbirlər keçirilir”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov deyib.

O bildirib ki, mayın 1-4-də Mingəçevirdə təşkil olunacaq “Prezident Kuboku-2024” beynəlxalq reqatasının artıq ənənəvi hal alıb: “20-dən çox ölkə öz gücünü məhz bu yarışda sınayacaq. Bu gün yarışımızın paradı təşkil olunacaq. Bir çox insan parada baxmaq üçün şəhərin mərkəzinə üz tutublar. Təbii ki, bu cür yarışlar idmanın kütləviliyinin təmin olmasında, insanların, xüsusilə də gənclərin avarçəkmə idman növünə olan marağının artmasına səbəb olur”.

Onun sözlərinə görə, artıq Mingəçevirin təkcə Azərbaycanda deyil, dünyada kanoe və avarçəkmə idman növünün inkişaf etdirilməsi üçün mükəmməl bazasının olduğundan xəbərdardırlar: “Hər il olduğu kimi bu ildə beynəlxalq reqatamız burada baş tutacaq. Avarçəkmə və kanoe idman növü çətindir. Bunun tam inkişafı üçün geniş su hövzəsi lazımdır. Təbii ki, hazırda ölkəmizdə də bu cür şərait var. Gələcəkdə də bu idman növünün inkişafı üçün lazımı addımlar atılacaq”.

Qeyd edək ki, “Prezident kuboku-2024” beynəlxalq reqatanın açılış mərasimi və ilk yarış günü Azərbaycanın tarixi torpağı Suqovuşanda baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla