AZ

İsrail İordan çayının qərb sahilində fələstinlilərin evlərinə hücum etdi

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində fələstinlilərin evlərinə basqın edərək onlardan bəzilərini girov götürüb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, İsrail əsgərləri Nablusun şərqində yerləşən Əskər əl-Kədim qaçqın düşərgəsinə basqın edib.

Basqına reaksiya verən fələstinlilərlə İsrail əsgərləri arasında dava düşüb. İsrail əsgərləri axtarışda olan bəzi insanları təhvil verməsələr, sakinlərin evlərini sökməklə hədələyiblər.

Əlavə olaraq bildirək ki, İsrail son 200 gündə İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 8430 fələstinlini həbs edib.

İsrail ordusu Cenin, Tulkerim, Bethlehem və Hebronun müxtəlif şəhərlərinə basqın edərək bəzi fələstinliləri nəzarətə götürüb.

Saxlanılanların sayı ilə bağlı məlumat verilməyib.

Oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 491 fələstinli həyatını itirib.
 
Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla