Levandovski: "Bavariya"nın Çempionlar Liqasını qazanmasını istərdim"
"Barselona"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında "Bavariya"nın qalib olmasını istədiyini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, o, bunları deyib:
"8 il "Bavariya"da çıxış etmişəm. Ona görə də ürəyim bu klubladır. İstərdim ki, "Bavariya" turnirin qalibi olsun".
"Bavariya" bu gün yarımfinalın ilk oyununda "Real"ı qəbul edəcək.
Polşalı futbolçu 2010-2014-ci illər aralığında "Borussiya"da, 2014-dən 2022-ci ilə qədər isə "Bavariya"nın formasını geyinib.