AZ

Daha bir həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasını seçib

Həkim travmatoloq-ortoped Hüseyn Əli oğlu Əliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının I Cərrahiyyə şöbəsində vətəndaşlara xidmət göstərəcək.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, o, 21 iyul 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetin Müalicə işi ixtisası üzrə təhsil alıb.

 

H.Əliyev 2006-2007-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim-interna kimi işə başlayıb. Hərbi xidmət keçdikdən sonra 2008-ci ildə Metodiki Təşkilat şöbəsində kiçik elmi işçi işləyib. 2008 və 2010-cu illərdə Ankara Eğitim Ve Araştırma Hastanesində, elmi fəaliyyət sahəsinin artırılması ilə əlaqədar 2011-ci ildən Sümük Patalogiyası və İrinli Travmatologiya Bölməsində kiçik elmi işçi, yenidənqurma ilə əlaqədar 2018-ci ildən Əl-Cərrahiyyəsi və Yaralar şöbəsində kiçik elmi işçi, 2023-cü ildən Əl-Cərrahiyyəsi və Yaralar şöbəsində böyük elmi işçi vəzifələrində çalışıb. Hal-hazırda həmin şöbədə fəaliyyət göstərir.

 

O, 2014-2016-cı illər ərzində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun dissertantı olub və dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Həkim 63 elmi məqalə və tezisin, 3 beynəlxalq patentin (Avro-Asiya patenti), 7 səmərələşdirici təklifin müəllifidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla