AZ

Çin Fələstin üçün birlik danışıqlarında Həmas və Fəthi qəbul edib

Çin hökuməti iki fələstinli qrupla barışıq məsələsini müzakirə edib.

Çin hökumətinin dəvəti ilə Fələstinin HƏMAS və FƏTH qruplarının nümayəndələri Pekində bir araya gəlib.

Bu barədə “İki sahil” "NTV"yə istinadla xəbər verir. 

 Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, hər iki tərəf Fələstin dövləti ilə bağlı barışığa nail olmaq üçün siyasi iradəsini tam şəkildə ifadə edib.

Qeyd olunub ki, hər iki tərəf Fələstin birliyinə mümkün qədər tez nail olmaq üçün dialoqun davam etdirilməsi ilə bağlı razılığa gəlib.

HƏMAS və Fəth nümayəndələri Çinin Fələstin xalqına verdiyi dəstək üçün minnətdarlıqlarını bildiriblər, Fələstinin daxili birliyini gücləndirmək üçün göstərdikləri səylərə görə, Çin hakimiyyətinə təşəkkür ediblər.

Xəbər verilir ki, gələcək əlaqələr üçün razılıq əldə olunub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin FƏTH-Həmas görüşü ilə bağlı vurğulayıb:,“Biz Fələstin Milli Administrasiyasının rəsmilərinin güclənməsini dəstəkləyirik. Biz bütün Fələstin qruplarını konsensusa nail olmaq və dialoq və məsləhətləşmələr yolu ilə həmrəyliyi artırmaq üçün dəstəkləyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla