AZ

MHP liderindən İmamoğluna sərt təpki: “Təpədən dırnağa qədər...”

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Fələstinin HƏMAS Hərəkatını “terror təşkilatı” adlandıran İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğluna sərt təpki verib.

Teleqraf.com xəbər verir ki, MHP lideri İmamoğlunu İsrailə xidmətdə ittiham edib.

“PKK-nı terror təşkilatı adlandıra bilməyən İstanbul böyükşəhər bələdiyyəsinin sədrinin HƏMAS-ı terror təşkilatı adlandırması sionizmin dəyirmanına su daşımaqdır. İstanbul böyükşəhər bələdiyyəsinin sədri qlobal imperializmin qanlı simalarına mesaj verir ki, məni aparın, təpədən dırnağa qədər istifadə edin. Bəndənin hesabı ola bilər, amma Allahın da hesabı var. HƏMAS-ı terror təşkilatı adlandırmaq Qəzzaya arxa çevirmək deməkdir”, - MHP lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla