AZ

Allahşükür Paşazadə Mitropolit Antonini qəbul edib

Aprelin 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək Dini Liderlərin Bakı Görüşündə iştirak etmək üçün ölkəmizə gələn Rus Pravoslav Kilsəsinin Xarici kilsələrarası əlaqələr şöbəsinin sədri, Patriarx Kirilin vikarisi Mitropolit Antoniy ilə görüşüb. SİA xəbər verir ki, qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul edib Foruma qatılmağa razılıq verdiyi üçün Mitropolit Antoniyə minnətdarlığını bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu aktual problemlərin müzakirəsi üçün ciddi platforma olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, Forum çərçivəsində QMİ-nin təşkilatçılığı ilə həm Bakıda, həm də Şuşada tədbirlər keçiriləcək, 40-dan çox ölkəni təmsil edən dini liderlər və tanınmış ictimai xadimlər dinlərarası dialoq vasitəsi ilə etimadın möhkəmləndirilməsi, eləcə də digər məsələlər ətrafında müzakirələr aparacaqlar.

QMİ ilə Rus Pravoslav Kilsəsi arasında faydalı əməkdaşlığa və qarşılıqlı etimada söykənən əlaqələrin olduğunu diqqətə çatdıran Şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kiril həzrətlərinin bu münasibətlərin inkişafına böyük töhfələr verdiyini xüsusi vurğulayıb. 30 ilə yaxın müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsinin dini zəminə keçməməsi üçün Patriarx Kirilin gördüyü işləri, vasitəçilik missiyasını yüksək qiymətləndirib. Salam-dualarını və ən xoş arzularını əziz dostuna çatdırmağı qonaqdan xahiş edib.

Rus Pravoslav Kilsəsinin Xarici kilsələrarası əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy dəvətə və xoş qarşılanmaya görə təşəkkürünü bildirib, Patriarx Kirilin salamlarını Şeyxülislam həzrətlərinə çatdırmaqdan məmnunluq duyduğunu vurğulayıb. Forumun işinə uğurlar arzulayan qonaq faydalı müzakirələrin və müsbət nəticələrin əldə olunacağına əminliyini qeyd edib.

Söhbət zamanı iki dini mərkəz arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafına fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
15034
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11561
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5279
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5207
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3636
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3190
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3177
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2971
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2697
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2366
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2243
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2205
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2158
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Azərbaycan nefti ucuzlaşdı
1847