AZ

Vətən müharibəsi qazisi “Azəriqaz”da işlə təmin olundu - VİDEO

Vətən müharibəsi qazisi İlqar İlyasov SOCAR-ın “Azəriqaz” İB-də işlə təmin olunub.

E-huquq.az xəbər verir ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsinin iştirakçılarındanolan İlqar İlyasovdur əks hücum əməliyyatları başlayan zaman hərbi xidmətdə olub.

Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərdiyinə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

İlqar İlyasov işlə təmin olunmağı üçün SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib.

Qısa müddət ərzində qazinin müraciətinə baxılıb və o, işlə təmin edilib. Hal-hazırda Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində çalışır. Əməkdaşımız şəhid ailələrinə və qazilərə göstərilən diqqətə görə ölkə Prezidentinə təşəkkür edib.

Məlumat üçün bildirək ki, cari ilin 4 ayı ərzində 43 nəfər müharibə iştirakçısı SOCAR-ın “Azəriqaz” İB-də işlə təmin edilib.

Daha ətraflı video materialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
Mənbələr
Şərh ()
Bağla