Braziliya millisinin sabiq hücumçusu Ronaldo "Kruzeyro" klubunu satmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, komandanın səhmlərinin 90%-i Ronaldoya məxsusdur. O, bütün hissələri supermarketlər şəbəkəsinin sahibi olan iş adamı Pedro Lourençoya satacaq.
Ronaldo 3 ildən az müddətə futbolçu karyerasına başladığı "Kruzeyro"ya sahib olub.