AZ

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyində – SAXLANILANLAR VAR

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi” Publik Hüquqi Şəxsin rəhbər heyəti korrupsiyada ittiham olunur.

NOCOMMENT.az-a daxil olan məlumata görə, Respublika Sanitariya – Karantin Mərkəzinin rəhbəri Saleh Novruzi, müavini Oqtay Əzimzadə və bir neçə vəzifəli şəxsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Saleh

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan vətəndaş şikayəti ilə bağlı Mərkəzdə yoxlama aparılıb və araşdırmanın ilkin nəticələrinə görə qurumun 5-ə yaxın rəhbər şəxsi saxlanılıb.

Mənbənin verdiyi məlumata əsasən Səhiyyə Nazirliyinin sözügedən qurumunda Gigiyenik Sertifikatların verilməsi ilə bağlı vətəndaşlar incidilir və süründürməçiliyə yol verilirdi.

Qeyd edək ki, bir neçə gün öncə TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada da saxlanlanlar olmuşdu.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla