AZ

Ançelotti: “ÇL-də yarımfinala çıxacağımıza çox az adam inanırdı”

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern”ə qarşı ilk oyun haqda fikirlərini bildirib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, istalyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bayern”ə böyük hörmətimiz var. “Arsenal”a qarşı əla idilər. Biz “Bayern”nin Bundesliqadakı oyunlarını deyil, o oyunları nəzərə alırıq? Yox. Onların Çempionlar Liqasındakı tarixini nəzərə almalıyıq. Bu, ciddi amildir”, deyə Ançelotti vurğulayıb.

İtalyan mütəxəssis həmçinin “Real”ın “Bayern”lə Çempionlar Liqasının 2013/2014-cü illər mövsümündə keçirilmiş oyununu xatırlayıb. Həmin oyunda “qaymaqlılar” Karlo Ançelottinin rəhbərliyi altında Almaniya nəhəngini 4:0 hesabı ilə əzişdirmişdilər:

“Aydındır ki, bu, yaxşı bir xatirədir. Amma sabah tamam başqa əhvalat olacaq. İlk oyuna inamla yanaşırıq, amma başa düşürük ki, çox güclü oyunçuları olan yüksək keyfiyyətli, bacarıqlı rəqiblə qarşılaşırıq.

Biz burada olmaqdan xoşbəxtik, çünki az kimsə, hətta bu zalda belə, mənim yarımfinalda bu mətbuat konfransına çıxacağımı düşünürdü, amma mən buradayam. Buna görə də yarımfinalda oynayacağımıza inam yaranıb ki, bu da bizi yenidən Çempionlar Liqasının finalına çıxara bilər. Ancaq unutmayın ki, yarımfinal azı 180 dəqiqə davam edir”, – AS dərgisi italyan mütəxəssisdən sitat gətirir.

UEFA Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Bayern” və “Real” arasında ilk oyun bu gün, aprelin 30-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə mayın 8-də Madriddə baş tutacaq.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla