AZ

Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistan arasında delimitasiya prosesini alqışlayıb

Bakı. Trend:

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycanvə Ermənistan arasında delimitasiya prosesi barəsində paylaşımedib.

Trend xəbər verir ki, bu barədə Baş katib "X" sosial mediahesabında paylaşım edib.

"Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-AtaBəyannaməsinə əsaslanan delimitasiya prosesi ilə bağlı buyaxınlarda əldə edilmiş razılaşmanı alqışlayıram", - deyə o qeydedib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə ErmənistanRespublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsiişləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cüil aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətinekspert qruplarının işi davam edir. Azərbaycan-Ermənistanarasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləriçərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulanişlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinəyetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.

Ötən gün isə Azərbaycan ilə Ermənistan arasındakı sərhəddəkoordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılangeodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısındançoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyiquraşdırılıb.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla