AZ

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

İsveç

Stokholm, 30 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

Kvant kompüterinin yaradılması üzrə bir milyard dollar dəyərində, dünyanın ən sürətli kompüterləri ilə müqayisədə əhəmiyyətli dərəcədə daha çox hesablamalar yerinə yetirməyə qadir olan İsveç layihəsinin işə salınması üzrə yolun yarısını artıq qət edilib.

AZƏRTAC xəbər verir ki, Höteborqdakı Çalmers Universitetindən eksperimental fizika professoru Per Delsinq nikel, mis və platin elementləri hasil olunan 188 yaşlı Kreyton mədənində Vaterloo Universitetindən olan həmkarları ilə birgə 2100 metr dərinlikdə bir sıra ölçmələr aparmaq məqsədilə Kanadaya yola düşəcək. Şaxtanın tunellərində dünyanın ən dərin və təmiz “Snolab” laboratoriyası tikilib. Delsinqin rəhbərliyi altında böyük tədqiqat qrupu 25 Kvant biti səviyyəsinə çatıb, 2029-cu il üçün qarşıya qoyulan hədəf 100 kubit təşkil edir.

“Kvant kompüteri üçün qlobal mübarizədə zirvəni fəth etmək üçün dərinliyə enmək lazımdır”, - deyə Per Delsinq bildirib.

Tədqiqatçılar laboratoriyada iki kilometrlik çardağın köməyi ilə demək olar ki, kosmik şüalanmanın və radioaktivliyin qarşısını alacaqlar. Bunlar əks halda Kvant bitlərinə və onların hesablamaları yerinə yetirmək qabiliyyətinə öz təsirlərini göstərə bilərlər. “Snolab” əməkdaşları laboratoriyada dünyanın ən aşağı myuon (kosmik şüalanmanın Yerə çatdığı vaxt əmələ gələn hissəciklər) axınının mövcudluğunu təsdiqləyirlər. Bu səbəbdən həmin laboratoriya Kvant texnologiyaları sahəsində tədqiqatların aparılması üçün ən yaxşı yer hesab olunur.

ABŞ ordusunun tədqiqat idarəsinin qismən maliyyələşdirdiyi araşdırmada Çalmersdə yaradılan Kvant bitlərini əvvəlcə Yer üzərində testdən keçirmək lazımdır ki, sonradan şaxtanın dərinliklərində əldə olunan nəticələrlə müqayisə etmək mümkün olsun. Kanada şaxtasında aparılacaq ölçmə seriyaları bir neçə həftəlik müddətə nəzərdə tutulub, lakin kosmik şüalanmaya həsr olunan bütün layihə artıq 3 ildir ki, davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla