AZ

Türkiyə toyuq əti ixracını azaldacaq – Azərbaycana təsiri olacaqmı?

Türkiyə hökuməti toyuq ətinin ixracını ilin sonuna qədər məhdudlaşdıracaq. 


Sfera.az xəbər verir ki, hökumətin belə bir qərar qəbul etməsinə səbəb ölkədə toyuq ətinin sürətlə bahalaşmasıdır. Türkiyənin Ticarət Nazirliyinin açıqlamasına görə, 2024-cü ilin ilk aylarında toyuq ətinin qiymətindəki artım sürəti ümumi inflyasiyadan, yem və enerji kimi xərc maddələrindən, eləcə də məzənnədə aylıq qiymət dəyişikliklərindən xeyli yüksək olub. 


Qiymətlərin bazar şərtlərindən çox yüksəlməsini nəzərə alaraq nazirlik toyuq əti ixracını məhdudlaşdırıb. Qərara əsasən, 2024-cü ilin mayından 2024-cü ilə qədər hər ay maksimum 10 min ton toyuq əti ixracına icazə veriləcək. Ümumilikdə isə bu ilin sonuna qədər 80 min tona qədər ixrac məhdudiyyəti gətiriləcək. 


Qeyd edək ki, Azərbaycan Türkiyədən hər ay diri ev toyuqları idxal edir. Bu ilin ilk 2 ayında 1,64 milyon ədəddən çox diri toyuq idxal edilib. Bu qərarın Azərbaycana təsir edib-etməyəcəyini isə zaman göstərəcək. 


Vasif
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla