AZ

“TikTok” Avropa İttifaqında bloklana bilər

Müəllif:Ayşən İmanova/Banco.az

“TikTok” sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.

Von der Leyen xatırladıb ki, AK öz işçilərinə iş telefonlarına “TikTok” quraşdırmağı qadağan edən dünyada ilk təşkilat olub.

Məlumata görə,  keçən həftə “TikTok” istifadəçilərin mükafatlandırma proqramını dayandırıb. Bu addıma səbəb Avropa Komissiyasının növbəti xəbərdarlığı olub.

Qeyd edək ki, Avropa İttifaqı ötən il avqustun 25-dən etibarən 19 onlayn platformanın fəaliyyətinə nəzarəti gücləndirmək qərarına gəlib. Hazırda onlara "X", “TikTok”, "Instagram", "YouTube", "Google" və “Amazon Store” kimi sosial şəbəkələr daxildir. Avropa Komissiyası yeni qanunun uşaqların müdafiəsi, həmçinin dezinformasiya ilə mübarizə məqsədi daşıdığını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla