AZ

“COP29-da planetimizin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul olunacaq” – Türkiyənin iqlim eksperti ilə MÜSAHİBƏ

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçirilməsi Türkiyə ictimaiyyəti və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.

KONKRET.az mövzu ilə bağlı beynəlxalq iqlim eksperti Ayşe Özge Kepenek Bozkırlıoğludan müsahibə alıb.

Müsahibəni təqdim edirik.

– İndiyədək neçə COP-un neçə tədbirində iştirak etmisiniz?

– 2007-dən 2023-cü ilədək keçirilən COP-larda beynəlxalq iqlim eksperti kimi iştirak etmişəm. Tərəflər Konfranslarının sessiyalarında həm Türkiyə dövlətini, həm də iş dünyasını təmsil etmişəm. Müzakirəçi və panelçi olaraq mötəbər şirkətlərlə birlikdə paralel tədbirlərə qatılmışam. Deyə bilərəm ki, uzun müddətdir iqlim dünyasının içindəyəm.

– Bakıdakı COP29-dan gözləntiləriniz nədir?

– Önəmli fürsət olduğunu düşünürəm. Buraya müxtəlif nüfuzlu ölkələrdən həm dövlət başçısıları, həm də texniki heyətlər səviyyəsində təmsilçilər gələcəklər. Tədbirdə planetimizin gələcəyi müzakirə ediləcək və mühüm qərarlar qəbul ediləcək. Perspektiv layihələr və 2050-ci ilədək hədəflərə uyğunlaşmaq baxımından keçirilən COP-larda Bakının da payı olacaq. Bu anlamda da tədbirin çox önəmli olduğunu düşünürəm.

– Türkiyə üçün Bakıda COP29-un keçirilməsinin əhəmiyyəti nədir?

– Türkiyə bir çox cəhətdən, o cümlədən geosiyasi baxımdan önəmli bir oyunçudur. Bu mənada hesab edirəm ki, iki ölkə arasında mövcud olan misilsiz əməkdaşlıq konfrans zamanı mühüm rol oynayacaq. Türkiyənin sonrakı COP üçün namizədliyi də gündəmdədir. Hesab edirəm ki, burada həm gündəliyin ötürülməsi, həm də görüləcək işlər baxımından mühüm əməkdaşlıqlar olacaq.

– Türkiyədə COP nə zaman keçirilə bilər?

– Braziliyadan sonra Türkiyənin COP31-ə ev sahibliyi etməsi gündəmdədir.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla