AZ

Kütləvi məzarlıqlar və itkin düşmüş şəxslərlə bağlı brifinq keçirilir

Bakı. Trend:

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədarDövlət Komissiyasının brifinqi keçirilir.

Trend xəbər verir ki, brifinqdə işğaldan azad edilmiş ərazilərdəaşkar edilmiş kütləvi məzarlıqlar və itkin düşmüş şəxslərə aidolduğu ehtimal edilən meyit qalıqlarının ekshumasiyası vəeyniləşdirilməsi prosesləri barədə məlumatlar verilir.

Brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarlaəlaqədar Dövlət Komissiyasının İşçi qrupunun və Baş Prokurorluğununsəlahiyyətli nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Xocalının Malıbəyli kəndində ən azı 8 nəfərə aidolduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədarDövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunanqurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçiqrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və PatolojiAnatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və MilliElmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitununpeşəkar mütəxəssis heyəti əraziyə ezam ediliblər.

İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmişərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalırayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış“Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqlarıaşkar olunub.

Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləriaparılarkən ən azı 8 nəfərə (biri azyaşlı olmaqla) aid olduğuehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsiistiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrəzərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətininmüəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri vəmütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digərzəruri prosessual hərəkətlər icra edilir.

Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanıkütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonununMalıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isəbu günə qədər Xocalıda qalıqlar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
36
Mənbələr
Şərh ()
Bağla