AZ

Yunanıstana yollanan Fatih Terim geri qayıdır

Yunanıstanın "Panatinaikos" komandasının təcrübəli mütəxəssisi Fatih Terimlə ayrılmaq qərarına gəldiyi iddia edilib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Panatinaikos"un prezidenti Cannis Alafouzosun Fatih Terimlə bağlı qərarını dəyişdiyi və təcrübəli məşqçi ilə yollarını ayıracağı bildirilib.

Mətbuatda vurğulanır ki, Fatih Terimlə "Panatinaikos"un münasibətlərinə son qoyulur.

Yunanıstan təmsilçisinin prezidenti AEK məğlubiyyətindən sonra da Fatih Terimlə davam etməyi düşündüyü bildirilib.

Hətta ikisinin növbəti mövsümü planlaşdırmaq üçün bir araya gəldiyi deyilirdi.

Digər tərəfdən, məğlubiyyət və ondan sonra baş verən hadisələr prezidentin fikrindən daşınmasına səbəb olub.

Fatih Terimin soyunub-geyinmə otağında hər kəsin etibarını itirdiyi vurğulanıb. Klubda bəzi şəxslərin mayın 15-də keçiriləcək PAOK matçından əvvəl Fatih Terimin göndərilməsini tələb etdiyi, lakin bunun mümkün olmadığı bildirilib.

Seçilən
14
1
Mənbələr
Şərh ()
Bağla