AZ

Çin İranın ətəyini buraxmayacaq - Pekin niyə Tehranın tərəfini tutur?

Çin

Bağlı qapılar arxasında çinli diplomatlar israilli həmkarlarını inandırmağa çalışırlar ki, Çin hökumətinin açıq bəyanatları Pekinin İsrail hökumətini hərəkətlərinə görə cəzalandırmaq niyyətini əks etdirmir və Pekin hələ də ikitərəfli münasibətləri saxlamaq istəyir.

Reyting.az
xəbər verir ki, bunu "Foreign Policy" jurnalı yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

İran və İsrail arasında son qarşıdurmada Çin Tehranın tərəfini tutdu, lakin görünən odur ki, Pekin mövcud gərginliyi azaltmağa və eyni zamanda, Amerikanı ələ salmağa çalışır.

İsrailə gözlənilməz hücumla bağlı ilk xəbərlərində Çin mediası İran mediasının xəbər siyasətinə uyğun olaraq, İranın raket və pilotsuz təyyarələrin hücumları ilə İsraildəki hərbi hədəfləri məhv etdiyini bildirib. Amma bunun doğru olmadığı bəlli olduqdan sonra İranın gərginliyi azaltmağa çalışdığı iddiası xəbər lentlərindən silinib. Əvəzində Çin mediası son hücumun “simvolik” olduğu xəbərini yayıb.

Çinin İranla geniş əlaqələri var. Çinin xarici işlər nazirinin hücumdan sonra dərhal Tehranla əlaqə saxlaması və İranın əks tədbirlərini tərifləməsi Pekinin prosesdə maraqlı olduğunu göstərir.

Tehranla münasibətlər Pekinin Yaxın Şərqdəki hədəflərinin əsas sütunlarından biridir. Bu məqsədlərə neft axınının saxlanması, ABŞ-la müqayisədə əxlaqi prinsiplərə sadiqlik iddiası, avtoritar liderlərlə münasibətlərin qurulması və baha başa gələn dolaşıq əlaqələrdən imtina daxildir.

Regional məsələlər üzrə analitik Yun Sonun fikrincə, bu strategiya paradoksal vəziyyət yaradır. Çin yəqin ki, ABŞ-nın bu rolunu tez-tez və açıq şəkildə tənqid etsə də, Yaxın Şərq təhlükəsizliyinin təminatçısı kimi qalmasına üstünlük verir. İranın hücumlarını dəf etmək üçün yaradılan koalisiya da ABŞ-nın yaratdığı strukturların nə qədər güclü olduğunu göstərib, İordaniya və Səudiyyə Ərəbistanının hər biri İranın raket və dron hücumlarının dəf edilməsində öz rolunu oynayıb.

Çinin Tayvanla mümkün müharibə planlarında raketlərin oynadığı mərkəzi rolu nəzərə alsaq, bu hərəkətlər Çin ordusunu narahat edə bilər (Tayvan da İran və İsrail arasındakı münaqişəni yaxından izləyir). Çin ordusunda daxili çəkişmələr raket sektorunda korrupsiya və logistik problemlər yaradıb və bu, Pekinin hücum müharibəsində oxşar uğursuzluqlarla üzləşə biləcəyini göstərir.

Bu müharibə Çinin keçən il uğurlu diplomatiyası və xarici işlər naziri Van Yinin “barışıq dalğası” adlandırdığı İran və Səudiyyə Ərəbistanı arasında sazişin imzalanmasına kömək etməklə əldə etdiyi etibarı bir qədər sarsıdıb. Əvvəlcə İsraillə HƏMAS arasındakı müharibənin rəqib hökumətlərin yaxınlaşmasına kömək etdiyi görünsə də, İranın son hücumları bu ölkələr arasında uçurumun nə qədər dərin olduğunu göstərib.

Çin Yaxın Şərqdə demək olar ki, bütün tərəflərlə münasibətlərini qoruyub saxlamağa çalışsa da, mövcud vəziyyət Çinin Tel-Əvivlə münasibətlərinə ciddi zərbə vurub. Bağlı qapılar arxasında çinli diplomatlar israilli həmkarlarını inandırmağa çalışırlar ki, Çin hökumətinin açıq bəyanatları Pekinin İsrail hökumətini hərəkətlərinə görə cəzalandırmaq niyyətini əks etdirmir və Pekin hələ də ikitərəfli münasibətləri saxlamaq istəyir.

İsrail son illər Çinlə əlaqələrini genişləndirməkdə maraqlıdır. Baş nazir Benyamin Netanyahu iki hökumət arasındakı münasibətləri “Tanrı dərgahında xeyir-dua almış evlilik” kimi qiymətləndirib və İsraili Çin üçün “mükəmməl kiçik tərəfdaş” adlandırıb. İsrailin texnologiya şirkətləri bir vaxtlar Çin bazarında iştirak etmək arzusunda idilər. Lakin İsrailin Çinə yaxınlığı daha əvvəl ABŞ üçün təhlükəsizlik narahatlığına səbəb olmuşdu.

2010-cu ildə Çin Sincandakı müsəlman azlıqlara qarşı kollektiv repressiya siyasətinə başlayanda, Pekin Dövlət Təhlükəsizliyi Universitetində tələbələrə təlim keçmək üçün İsrail hökumətinin təhlükəsizlik işçilərini işə götürdü. Çin həm də separatçıları müəyyən etmək üçün süni intellektdən istifadə edən liderdir. İndi İsrail bu texnologiyadan Qəzzaya birbaşa hücumlar üçün yararlanır.

Yeri gəlmişkən, Çinin Yaxın Şərqdəki tərəfdaşlarının da Sincanda müsəlmanların kütləvi şəkildə sıxışdırılması siyasəti ilə bağlı heç bir problemi olmayıb. Lakin Çinin HƏMAS-ın 7 oktyabr hücumunu pisləməkdən imtina etməsi, İsrailin gələcəkdə texnologiya transferləri və ticarət müqavilələri ilə bağlı daha sərt mövqe tutacağı anlamına gəlir. Çinlilərin regional hadisələri anlamaqda iranlı həmkarlarının perspektivinə güvənməsi Pekin üçün uzunmüddətli problem yarada bilər.

Çində Yaxın Şərq məsələlərində təcrübəyə malik çoxlu universitet professorları olsa da, Si Cinpinin prezidentliyi dövründə onların təhlillərini dinləməyə qulaqlar qapadılıb. Onların bəziləri Fars körfəzinin ərəb ölkələrində iş yeri tapırlar.

Nəhayət, İranın Mərkəzi Kəşfiyyat İdarəsinin təsiri və Qərbin mədəni işğalı ilə bağlı narahatlığı Çin Kommunist Partiyasının narahatlığı üst-üstə düşür.

Y. QACAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla