AZ

Acun yeni klub alır

 

Türkiyəli iş adamı Acun Ilıcalı daha bir futbol klubu alır.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Sloveniyanın “Maribor” klubu ilə danışıqlar aparır.

A.Ilıcalı klub haqqında fikirlərini bildirib: “Sloveniyada hansı klubun bizə daha uyğun olduğunu araşdırdırdıq. 2 ay düşündükdən sonra “Maribor” olduğuna qərar verdik. Keçən həftə orada oldum, şəhəri də, stadionu da çox bəyəndim. Hələki danışıqlar davam edir”. 

Qeyd edək ki, sözügedən klub ötən il Avropa Konfrans Liqasında “Fənərbaxça”ya 6:1 hesabı ilə məğlub olmuşdu.

Xatırladaq ki, İngiltərədə Çempionşipdə mübarizə aparan “Hall Siti” klubu da Acun Ilıcalınındır.

Mənbə: qafqazinfo.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
5
Mənbələr
Şərh ()
Bağla