AZ

Başkəndi Sovet Rusiyası 1920-ci illərdə Azərbaycandan alıb Ermənistana verib

Gədəbəyin inzibati ərazi vahidinə aid olan Başkəndə ermənilər 1859-cu ildə Qarabağdan köçüb. 1920-ci illərdə sovet Rusiyası Başkəndi Azərbaycandan alıb Ermənistana verib. Məhz Zəngəzurda 1920-ci illərdə Ermənistana verilib. Sovet hakimiyyəti illərində Başkənd Ermənistan SSRİ Azərbaycan ərazisində anklavı olub. Təkcə Başkənd deyil, Göyçə, Zəngəzur Azərbaycan əraziləridi.

Azərbaycanla Ermənistan 1991-ci il Almatı Atı Bəyannaməsinə uyğun olaraq delimitasiya və demarkasiya prosesinə başlayıb. Məhz sərhədlərdə SSRİ 1970-ci və 1982-ci illəri əhatə edən xəritələrə uyğun aparılaraq 1991-ci ilə kimi SSRİ mövcud olan ərazi vahidinə uyğun olaraq işlər aparılacaq. Azərbaycanın Ermənistan ərazisində dörd anklavı var. Naxçıvana aid olan Kərki və Qazaxın üç anklav kəndi. Bu kəndlərlə bağlı danışıqlar aparılacaq. Qeyd edim ki, Başkəndlə bağlı cənab prezident İlham Əliyevdə anklav olduğunu qeyd etmişdi. Əgər,1991-ci ilə kimi xəritələri götürürüksə hüquqi cəhətdən anklavdı. Amma, Ermənistanın Azərbaycana qarşı 30 il ərzində işğal, vandalizm, etnik təmizləmə siyasəti böyük maddi və mənəvi zərbə vurub.

Ermənistan tərəfi bu nöqteyi nəzərdən Başkəndə ərazi iddiası ilə çıxış edə bilməz. Keçmiş sovet Rusiyası rəhbərliyi Azərbaycanın iradəsinə zidd olaraq Başkəndi Ermənistana anklav kimi verib. Hazırda Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya işləri hüquqi müstəvidə həyata keçirilir. Və bunun üçün Alma-Ati Bəyannaməsinə istinad edilir. İki dövlət arasında anklav kəndlərlə bağlı ortaq məxrəc tapılacaq. Başkənd Gədəbəyindi və ermənilərin ora gəlməsi qanunsuz olub.

Məhəmməd Əsədullazadə

visiontv.az



Seçilən
39
Mənbələr
Şərh ()
Bağla