AZ

Mərkəzi Asiya və Azərbaycan regionu inkişaf və innovasiyaların mərkəzidir - Visa Direct-in baş direktoru (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Mərkəzi Asiya və Azərbaycan regionu sadəcə xəritədə bir bölgədeyil, inkişaf və innovasiyaların mərkəzidir.

Bu barədə Trend-ə özəl müsahibəsində Visa Direct-in başdirektoru, Ukrayna, Gürcüstan, MDB ölkələri və Cənub-Şərqi Avropadaistiqamət rəhbəri Sanjar Süleymanov deyib.

"İlbəil bu regionda nağdsız ödənişlərdə fəal artım müşahidəedirik ki, bu da mövcud çağırışlara baxmayaraq, əhalinin maliyyəxidmətlərinə canlı marağından xəbər verir. Mərkəzi Asiya vəAzərbaycan yeni servis və məhsulların yaranması üçün məhsuldarzəmindir, belə ki, burada yeniliklərə böyük maraq var. Maliyyəxidmətləri bazarında rəqabət bizdə çox kəskindir: hər bir oyunçumüştəri uğrunda mübarizə aparır və bu industriyada tərəqqini təşviqedir.

Biz daima ajiotaj vəziyyətindəyik, artan tələbatı qarşılamaqüçün daima əlavə resurslar qoymalıyıq. Bəzən yeni xidmətlərin işəsalınması məhz bizim regiondan başlayır və daha sonra bütün dünyayayayılır. Bu, innovasiyaların heç də həmişə yalnız inkişaf etmişölkələrdə yaranmadığını, maliyyə xidmətlərinə yeni yanaşmalarıntətbiq olunduğu regionlarda da yarana və inkişaf edə biləcəyinitəsdiqləyir", - o deyib.

S.Süleymanovun sözlərinə görə, bu trend davam edəcək, çünki Visatərəfdaşlara, bazara və innovasiyalara aktiv şəkildə investisiyaqoyur.

"Şirkətimiz təkcə ənənəvi olaraq Visa ilə assosiasiya olunanseqmentlərə daxil olmayacaq, həm də həyatın bütün sferalarınışirkətlə əlaqələndirəcək hərtərəfli ekosistem yaratmaq üçünmüxtəlif istiqamətlərə, o cümlədən, gənc istedadlar və idmançılarındəstəklənməsinə fokuslanıb", - o deyib.

S.Süleymnov Azərbaycanda bank sektoru və fintex sektorununyüksək sürətlə inkişaf etdiyini vurğulayıb.

O, Visa-nın uzun illərdir ki, ödəniş kartlarının emissiyası vəistifadəsinin genişləndirilməsinə imkan yaratmaqla, ölkəiqtisadiyyatında özünə yer etdiyini əlavə edib.

"Şirkətin strategiyası inkişaf edib: biz nə vaxtsa sadəcənağdsız hesablaşmaq imkanı təmin edirdik, bu gün isə, misal üçün,Visa Direct vasitəsilə ödənişlər almaq imkanına diqqət yetiririk",- S.Süleymanov deyib.

O qeyd edib ki, bankların təklif etdiyi keşbek və xüsusitəkliflər kimi ödəniş kartı və müxtəlif bonuslardan istifadərahatlığı istehlakçılarda kartlarla daha çox ödəniş etməyə maraqoyadır.

"Bu, təkcə gündəlik həyatda ödəniş kartlarından istifadənitəşviq etmir, həm də maliyyə aktivliyi və inklüzivlik artımınasəbəb olur", - deyə o əlavə edib.

S.Süleymanov, həmçinin, maliyyə bazarının müxtəlifiştirakçılarına dəstəyin vacibliyinə diqqət yetirib.

"Bizim məqsədimiz həm iri, həm də kiçik banklarla eyni dərəcədəsəmərəli işləməklə bazarda müxtəlifliyi dəstəkləməkdən ibarətdir.Misal üçün, xaricə Visa Direct köçürmələri üçün qəfil sorğu kiçikbankların da xidmətə marağının olduğunu göstərdi, hansı ki,əvvəllər bu elə də gözə çarpmırdı. Biz hər bir bankın özmüştərilərinə ən yaxşı xidmətləri təklif etməyə motivasiyalı olduğurəqabət mühitini yaratmağa çalışırıq ki, bu da öz növbəsindəistehlakçıları ondan istifadəyə təşviq edir.

Sağlam rəqabət sayəsində, həmçinin, səyahət sferasının inkişafı,əcnəbi işçi və ya tələbələrin ehtiyacları kimi geosiyasi aspektlərədiqqət ayrılır. Beləliklə, ödənişlər həm ölkə daxilində, həm dəölkədən kənarda daha rahat və əlçatan olur", - deyə Visa Direct-inbaş direktoru və istiqamət rəhbəri deyib.

S.Süleymanov vurğulayıb ki, Visa innovasiyaları və məhsullarıAzərbaycanda təkcə maliyyə inklüzivliyinin inkişafına şəraityaratmır, həm də kiçik biznesin inkişafı və istifadəçilərin həyatkeyfiyyətinin yaxşılaşdırılması üçün yeni perspektivlər açır.

Maliyyə xidmətlərinə çıxış imkanının genişləndirilməsinə imkanyaradan əsas innovasiyalar arasında o, Visa Direct-in iki məhsulunuayırd edib.

"Birinci mühüm addım ödəniş sistemindən asılı olmayaraq,istənilən kartı istifadəçinin telefon nömrəsi ilə bağlamağa imkanverən servisin tətbiqi oldu. Bu servis tranzaksiya prosesiniəhalinin bütün təbəqələri, o cümlədən, gənclər, eləcə də, digərmaliyyə vasitələrini qəliz hesab edə biləcək yaşlılar üçün dahaanlaşılan və əlçatan etdi. Maliyyə inklüzivliyini təşviq edən dahabir məhsul ödəniş sorğusu xidməti olan Visa Direct Request to Paytexnologiyasıdır. Bu funksiya misal üçün, ümumi ehtiyaclar üçünvəsait yığımı məqsədilə təkcə fiziki şəxslər arasında köçürmələriasanlaşdırmır, həm də kiçik biznes üçün yeni imkanlar açır. Buservis sayəsində sahibkarlar mal və xidmətlərə görə asanlıqlaödəniş tələb edə bilər ki, bu da qarşılıqlı hesablaşmalarıəhəniyyətli dərəcədə asanlaşdırır və maliyyə əməliyyatlarınıntəhlükəsizliyini artırır", - S.Süleymanov deyib.

Visa Direct-in baş direktoru və istiqamət rəhbəri vurğulayıb ki,bu məhsulların uğurunun açarı təkcə texnologiyaların özününsəmərəliliyində deyil, həm də istifadəçilərin özlərinin ödənişsavadlılığında və bu servislərin imkanları barədə məlumatılılıqda,eləcə də, tərəfdaş bankların inteqrasiyası üçün onlarlaəməkdaşlıqdadır.

Onun sözlərinə görə, Özbəkistan ödəniş texnologiyalarınıninkişafı üçün perspektiv imkanlara malik qeyri-adi dərəcədə maraqlıbazardır.

"Bir tərəfdən Özbəkistanda yerli ödəniş sistemləri çox inkişafedib, lakin ölkə bir neçə il ərzində beynəlxalq ödəniş sistemləriüçün də açıqdır. Bu sayədə orada təqdim etdiyimiz imkan vəxidmətlər nöqteyi-nəzərindən qarşımızda geniş üfüqlər dayanır", - odeyib.

S.Süleymanovun sözlərinə görə, məhz gənc nəsil Özbəkistandainnovasiya və yeni texnologiyaların inkişafını təşviq edir, busəbəbdən Visa şirkəti onun ehtiyaclarına adaptasiya olunmuş genişspektrə malik xidmətlər təklif edir.

"Son zamanlarda Özbəkistanda çox sayda rəqəmsal bank açılıb vəbu sayədə cari maliyyə sistemi innovasiyalar nöqteyi-nəzərindəndaha müxtəlif olub", - deyə o əlavə edib.

Visa Direct-in baş direktoru və istiqamət rəhbəri qeyd edib ki,Özbəkistan bazarı innovasiyaların baryerlərlə üzləşə biləcəyi digərbazarların fonunda fərqlənir. Özbəkistanda innovasiyaların tətbiqimüntəzəm baş verir ki, bu da maliyyə texnologiyalarının inkişafıüçün əlverişli mühit yaradır.

S.Süleymanov ölkənin maliyyə sektorunun inkişaf etməyə davametməsi üçün iri və kiçik banklar arasında əməkdaşlığın, eləcə də,dövlət dəstəyi, fintex və vençur investisiyalarının əhəmiyyətinivurğulayıb.

Baş direktor Visa-nın Visa Direct Request to Pay texnologiyasınaqoşulmuş ölkələr siyahısını genişləndirməyi planlaşdırdığını əlavəedib.

Onun sözlərinə görə, Visa Qazaxıstanda iki tərəfdaşla Request toPay texnologiyasının pilot tətbiqini elan etdikdə dərhalAzərbaycan, Özbəkistan və Ukrayna bazarlarından sorğular daxilolmağa başladı.

"Telefon nömrəsi üzərindən köçürmələr xidmətimizin inkişafetdiyi bazarlarda böyük tələbat gördük və insanlar bu barədə bilir.Yeni qoşulmalar barədə elanlar və press-relizlər ictimaiyyətə açıqolacaq. Xidmətin tələb olunduğunu göstərmək üçün, xüsusilə buinformasiyanı ictimai edirik", - o deyib.

S.Süleymanov Request to Pay texnologiyasının ideyası çox maraqlışəkildə yarandığını qeyd edib.

"Eyni zamanda, servis hazırladıq və tərəfdaşlarımızla birgədüşündük: niyə telefon nömrəsi ilə ödəniş göndərmək olar, eyniqaydada pul istəmək olmaz? Visa Direct Request to Paytexnologiyasını yaratmaqla sadəcə xidmətlərimizi genişləndirdik vəonu ayrıca bir xidmət kimi vurğuladıq", - o deyib.

Baş direktor, həmçinin, Visa Direct Request to Pay-inQazaxıstanda genişləndirilmə planları barədə danışıb.

Onun sözlərinə görə, Visa gələcəkdə Visa Direct Request to Paysistemi çərçivəsində transsərhəd sorğularında potensial görür.

"Hazırda bir çox satıcı öz məhsullarını xüsusi platformalardasatır. Bu platformalar onlara məhsullarını bütün dünyaya satmağaimkan verir. Bununla əlaqədar olaraq, digər ölkələrdən hesab təqdimolunması kimi xidmətlərin tətbiqində potensial görürük. Texnologiyamüştərilərimizin sorğuları və ehtiyacları əsasında inkişaf edəcək.Həmçinin, təkcə maliyyə sektorunda tərəfdaşlarımız deyil, həm dədövlətlər üçün platforma təklif edirik", - o deyib.

S.Süleymanov, həmçinin, Visa-nın həllərinin nağdsıziqtisadiyyatın artımına kömək etdiyini qeyd edib.

"İnnovasiyalar gətirməklə və bazarın yeni xidmətlərə hazırolduğunu göstərməklə yerli bazarı təşviq edirik", - deyə VisaDirect-in baş direktoru və istiqamət rəhbəri əlavə edib.

Qeyd edək ki, Visa (NYSE: V) rəəqmsal ödənişlər industriyasındadünya lideridir. Visa 200-dən çox ölkədə və ərazidə istehlakçılar,biznes, maliyyə və hökumət müəssisələri arasında ödəniştranzaksiyalarını işləyir. Visa-nın missiyası istehlakçılarınrifahına, eləcə də, biznes və iqtisadiyyatın tərəqqisinə imkanyaratmaq üçün innovativ, rahat, etibarlı və təhlükəsiz ödənişsisteminin köməyilə dünyanı birləşdirməkdən ibarətdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Mərkəzi
Mərkəzi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla