AZ

Şamaxıda tibbi aksiya: 100-dən çox sakin müayinə olunub

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü və təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə tibbi aksiya keçirilib.

 

Bu məlumat Aztibb.az-a Şamaxı RMX-dan verilib.

Aksiyanın keçirilməsində məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, görmə patologiyasının erkən diqanostikasını aşkar etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq və profilaktik müalicə tədbirləri həyata keçirməkdir.

 

Tibbi aksiya ehtiyatda olan tibb xidməti polkovniki, cərrah Anar Quliyev və xəstəxanın oftolmoloqları tərəfindən aparılıb.

 

Aksiya çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər, həmçinin rayonun aztəminatlı sakinləri müayinə edilib.

 

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında davam edən aksiya zamanı 100-dən çox sakinin müayinəsi aparılıb.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla