AZ

Müsavatda kritik seçki: İsa Qəmbərin rəqibləri kimdir? 

Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. Onunla birgə Natiq Ulubəy və Osman Kazımov da başqanlığa öz namizədliklərini irəli sürüblər. 

İsa Qəmbərin rəqibləri kimdir? 

Yenisabah.az xəbər verir ki, Osman Kazımov 34 ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. O, sənədlərini artıq partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinə təqdim edib. 

O.Kazımov hazırda Müsavat Partiyası başqanının müavinidir. Onu 2011-ci ildə Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıblar.

Cəmiyyətdə müxalif mövqeyi ilə tanınır. Məhbus həyatı yaşayan müxalifətçilərtin hüquqlarının müdafiəsi ilə məşğul olub. 

İsa Qəmbərin digər rəqibi -  Natiq Ulubəy isə tanınmış sima deyil. O, daha çox Müsavat kluarlarında tanınır. 

Müsavatın Səbail rayon təşkilatının sədr müavini olan Natiq Ulubəy 1964-cü ildə anadan olub. Anadolu Universitetinin məzunudur.

Osman Kazımovdan fərqli olaraq, Natiq Ulubəyin namizədliyinə münasibət birmənalı deyil. Onun görüntü üçün namizədliyini irəli sürdüyü iddiaları da var. İstənilən halda, seçkinin favoriti sabiq başqan İsa Qəmbər sayılır. 

Qeyd edək ki, partiyanın qurultayı mayın 4-də Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla