AZ

Qəza mənbəyinə çevrilən MAL-QARA – Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ – FOTO 

İlin bütün fəsillərində magistral, eləcə də kənd yollarının kənarlarında sahibsiz mal-qaraya rast gəlmək mümkündür.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaz-yay aylarında bu kimi hallar dəfələrlə çoxalır. 

Mal-qaranın yaxud atların yol kənarlarında otlaması bəzən diqqətdən yayınır. Onların hürkməsi, yola yönəlməsi isə bədbəxt hadislərlə nəticələnir. 

Oğuzun Şirvanlı kənd sakini Nəbi Məmmədov iri taxılçılıq təsərrüfatı ilə məşğuldur. Deyir, istər nəqliyyat vasitələrini idarə edənlər, istərsə də fermerlər kəndlərindəki atların əlindən beziblər. 


“Gecə vaxtı, yol gəlirik at çıxır qarşımıza, fəsadlar törədir. Özümün taxıl sahələri var, gecə açıb buraxırlar atları. Kimə deyirsən “bu at kimindi?”, deyir, “mənim deyil”. Həmin atlar taxılımızı məhv edir, məhsul götürə bilmirik”, - deyən fermer məslənin ciddi olduğunu və müvafiq təşkilatların bu məsələyə müdaxilə etmənin vaxtı gəldiyini bildirir. 

Bayan kənd sakini fermer Əsgər Sultanov isə bəzən insanların qəsdən mal-qaranı əkin sahəsinə buraxdıqlarını bildirir. Belə ki, onun əksər əkin sahələrinin ətrafı tikanlı məftillə əhatələnməsinə baxmayaraq gecələr qəsdən məftili kəsərək əkinlərə mal-qara buraxılır. Nəticədə fermer çəkdiyi əziyyətin heç 10 faizini belə əldə edə bilmir. 

Rayon sakini İlkin Lətifov malların xüsusən atların iştirakı ilə onlarla qəza baş verdiyini lakin onun sahibinin bəlli olmadığını bildirir. İlkin Lətifov çıxış yolu kimi maraqlı və cəlbedici təklifi var. 


“Təklif edirik ki, mal-qaranın bir dəfə birkalanması ən azından tapılmasında sahibinə kömək ola bilər. Bu prosesi Kənd Təsərrüfatı Nazirliyinin pilot layihə olaraq istənilən rayonda həyata keçirmək daha uyğun olardı. Düşünürəm ki, belə olarsa sahibsiz-səllim mallardan fermerlər və nəqliyyat vasitəsi sahibləri zərər çəkməz, ya hadisə baş verərsə, onu daha tez və qanuni yolla həll etmək mümkündür”-deyir. 

Məsələnin aktuallığını nəzərə alıb DİN-in mətbuat xidmətinin Şəki regional qrupuna sorğu ünvanladıq.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirir ki, mal-qaranı yolda qoyan şəxslərə qarşı mütəmadi olaraq tədbirlər həyata keçirilir və barələrində İnzibatı Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə inzibati cərimə olaraq 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur. 


Təbii ki, burada başlıca məqsəd onların maarifləndirilməsi və profilktik işlərin aparılmasıdır. Bu səbəbdən heyvandarlıqla məşğul olan şəxslərlə yerlərdə görüşlər keçirilir, qanunvericiliyin tələbləri onlara izah edilir. Həmin təsərrüfatla məşğul olan şəxslərdən xahiş olunur ki, mal-qaranı yollara nəzarətsiz ötrməsinlər, çünki belə hallar xüsusi ilə də havanın qaranlıq vaxtlarında yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Şəki regional qrupun baş inspektoru, polis kapitanı Mahir Məsimov onu da əlavə edib ki, bölgə ərazisindən keçən Qaraməryəm-İsmayıllı-Şəki, eləcə də Yevlax -Zaqatala-Gürgüstan magistrallarının üzərində yerləşən əksər yaşayış məntəqələrində vaxtaşırı olaraq sakinlərlə görüş keçirilir, mal-qaranın səllim örüşə buraxılmaması haqda xəbərdarlıq edilir. 
Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq yenə də məsuliyyət hiss etməyən insanlar var ki, mal-qaranı, atları başlı-başına buraxır ki, bu da nəticədə qəza və bədbəxt hadisələrlə nəticələnir... 











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
20157
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12023
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5506
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5397
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5328
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3799
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3376
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3249
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3084
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2824
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2743
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2674
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2383
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2290
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2031
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1952