AZ

"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişdirildi

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 33-cü turunun "Qarabağ" - "Neftçi" oyununun keçiriləcəyi stadion dəyişdirilib.

QOL.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. 

Mayın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan qarşılaşma təşkilati işlərlə əlaqədar olaraq "Azersun Arena"da oynanılacaq.

Oyunun başlama saatı və tarixi ilə bağlı hər hansı dəyişiklik edilməyib. Matç saat 19:30-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla