AZ

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Qazaxıstanın

Bakı, 30 aprel, AZƏRTAC

Qazaxıstanın sabiq daxili işlər naziri, prezidentin sabiq müşaviri Yerlan Turqumbayev saxlanılıb. O, “ağır nəticələrə səbəb olan vəzifə və səlahiyyət həddini aşma” maddəsi ilə ittiham olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Prokurorluq cinayət işində dövlət sirri təşkil edən məlumatlar olduğunu nəzərə alaraq, ibtidai istintaqın detallarını açıqlamayıb.

Qeyd edək ki, 2019-cu ilin fevralından daxili işlər naziri vəzifəsinin icrasına başlayan Yerlan Turqumbayev 2022-ci ilin yanvarında Qazaxıstanda baş vermiş və 238 nəfərin ölümü ilə nəticələnmiş iğtişaşlardan sonra vəzifəsindən uzaqlaşdırılıb. O, 2022-ci ilin fevralında prezident müşaviri vəzifəsinə təyin edilsə də, avqustun ortalarında tutduğu postu tərk edib.

Turqumbayev 2024-cü ilin martında yanvar iğtişaşları zamanı asayişin təmin olunmaması və işgəncələrin tətbiqi ilə bağlı istintaq çərçivəsində dindirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla