AZ

“Uşaqlarınızı “cizgi filmə“ baxmağa icazə verməyin“- Rəşid Mahmudov

"Bütün xalqıma deyirəm uşaqlarınızı, xüsusilə məktəbə gedən şagirdləri cizgi filmlərə baxmağa qoymayın". 

 Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru  Rəşid Mahmudov bunu News365.az-a açıqlamasında deyib. 

"Uşaqlarınızı cizgi filmə" baxmağa qoymayın. O cizgi filmləri 10 dəqiq olsa deyərsən ki, baxsın, düz saat yarım davam edir. Saat yarımda ən azı 3 mindən çox kadr görür və uşağın beyni dolur, yorulur. Beyni dolan uşağı elmə yönləndirə bilərsənmi, xeyr. Məktəbli şagirdlərin telefonla oynamasının qarşısını alın. Çoxlu, yersiz informasiyalar toplanaraq, uşaqların beyni dolur. Beyin internet deyil, sanki bir stəkandır, su tökürsən dolur. Övladlarımızı qorumalıyıq"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla