AZ

Azzərbaycanlı vəkil Elman Paşayev Ukrayna müharibəsində yaralanıb

Azərbaycanlı keçmiş vəkili Elman Paşayev xüsusi əməliyyat zonasında yaralanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə vəkilin “Paşayev TV” şəxsi teleqram kanalında məlumat verilib.

Mənbənin məlumatına görə, Paşayev Nikolski istiqamətində Uqledar yaxınlığında Ukraynaya məxsus kamikadze-PUA tərəfindən yaralanıb. O, 5 saatdan artıq döyüş meydanında qalıb, ərazi tez-tez atəşə tutulduğuna görə onu təxliyyə etmək mümkün olmayıb.

E.Paşayevin son durumu haaqında məlumat yoxdur.

Qeyd edək ki, 2020-ci ildə Elman Paşayev vəkillik statusundan məhrum edilib. Onun barəsində bu qərarı Rusiya Federasiyası Vəkillərinin Federal Palatası qərar verib.

Görünür, daha sonra onu müharibəyə cəlb etməyi də lazım biliblər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla