AZ

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

Madrid “Real”ı qapıçı mövqeyini möhkəmləndirmək niyyətindədir.

Komandanın əsas qapıçısı Tibo Kurtua bu il zədə səbəbilə oynaya bilmir. 31 yaşlı qapıçının vaxtı da keçmək üzrədir. Digər qapıçı Andrey Lunin müqaviləsi bağlı qeyri-müəyyənlik var. Hazırda əla youn nümayiş etdirən ukraynalı qolkiper yeni müqaviləyə görə daha çox məvacib tələb edir. Bütün bunları nəzərə alaraq, komanda qapıçı axtarışlarını intensivləşdirib.

Yayılan məlumata görə, əsas diqqət Türkiyə çempionatına yönəlib. Türk futbolunun brilyantı hesab edilən Onuralp Çevikkan “Real”ın əsas prioritetidir. “Trabzonspor”un 18 yaşlı qapıçısı inamlı oyunu ilə diqqət çəkir.

Məlumata görə, gənc qapıçını transfer etmək məsələsində favorit məhz Madrid komandasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla