AZ

Maskın sərvəti beş gündə 37 milyarddan çox artdı


Son beş gündə amerikalı sahibkar İlon Maskın sərvəti 37,3 milyard dollar artıb.
Yeniavaz.com
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Billionaires Index” məlumat yayıb.
Məlumata görə, bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır. “Tesla”nın səhmləri Çinin “Baidu” texnologiya şirkəti ilə mümkün əməkdaşlıq xəbərlərindən sonra artıb.
Agentliyin məlumatına görə, təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq, 201,5 milyard dollara çatıb. Həmin gün “Tesla”nın səhmləri 17,76% bahalaşıb.
İlon Mask aprelin 28-də Çinə gedib və Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyanla görüşüb. “Bloomberg” xəbər verir ki, milyarder “Baidu” şirkəti ilə ortaqlıq razılaşması əldə edib. Beləliklə, “Tesla” Çin şirkəti ilə birlikdə FSD avtonom sürücülük proqramı üçün xəritəçəkmə və naviqasiya sistemlərini inkişaf etdirəcək.
Agentliyin məlumatına görə, avtonom idarəetmə və sürücüyə yardım sistemləri Çində getdikcə populyarlaşıb. Nəticədə, “Tesla” ölkənin avtomobil bazarında artan rəqabətlə üzləşib. Belə ki, onun payı 2023-cü ilin dördüncü rübündə birinci rüblə müqayisədə 10,5%-dən 6,7%-ə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla