AZ

Petersberqdən dünyaya...

15-ci İqlim Dialoqunun sülh anonsları...

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı davam edən danışıqlar prosesinin müsbət nəticə vəd etməsi yeni siyasi situasiya formalaşdıracaq. Belə ki, regionda yaranacaq sabit durum yeni iqtisadi münasibətlər sisteminin əsasını qoyacaq, yeni siyasi yanaşmaları özündə əks etdirəcək. Bunun üçün isə ən mühüm şərt ilkin mərhələdə Ermənistanın konstruktiv mövqe sərgiləməsi, bölgənin yeni inkişaf tempi əldə etməsi üçün özünün əsassız iddialarından əl çəkməsidir.

İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentinin müzakirə predmetləri...

Məsələnin mahiyyəti Azərbaycanın son 3 illik fəaliyyət trayektoriyasına əsaslanır. O baxımdan ki, məhz Azərbaycanın yürütdüyü uğurlu, əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən siyasi kurs Şərq-Qərb siyasi yaxınlaşması üçün zəmin yarada bilər. Çünki Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi ayrı-ayrı dövlətlər və bir sıra təşkilatlar daxilində fəal əməkdaşlıq edən ölkələrin siyasi dialoqunu da aktuallaşdıracaq - Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi yönündə fəaliyyət birmənalı şəkildə yeni dövr üçün mühüm perspektivlər formalaşdırır. Burada aparıcı ünsür rolunda əməkdaşlıq sahələrinin şaxələndirilməsi və bölgədə yeni qarşılıqlı etimad mühitinin formalaşdırılması kimi zəruri məsələlər dayanır ki, bunlar da kompleks şəkildə Cənubi Qafqazın bütöv (istisnasız) inkişafının təmin olunması üçün faktor sayılır. Siyasi yaxınlaşmaların perspektiv nəticələri isə daha geniş anlamda əməklaşlıq deməkdir.

Almaniyanın paytaxtında baş tutmuş “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti və bu əsnada keçirilən görüşlər, verilən bəyanatların əksəriyyəti yeni əməkdaşlıqları, sülhü, yaşıl dünyanı və ən əsası iqlim dialoqunu əhatə edib. Şərq-Qərb transxəttinin Cənubi Qafqaz ərazisində əldə olunacaq sabitlik isə yuxarıda qeyd edilən ən vacib predmetlərin geniş anlamda təşviqinə yol açacaq. Bunun üçün isə sülh ən vacib şərt kimi orttya çıxır...

Sülh sazişinin imzalanmasına doğru əlavə addımlar...

“15-ci Petersberq İqlim Dialoqu” çərçivəsində keçirilən görüşlərin, səsləndirilən fikirlərin əsas mahiyyəti isə sülhün əldə edilməsi üçün münbit şəraitin yaradılması ilə xarakterizə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib ki, regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını biz yüksək qiymətləndiririk: “Cənab Kansler, Sizin dəvətinizlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq”.

Xatırladaq ki, bu il fevralın 28-29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində danışıqlar aparılmışdı. Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilmişdi. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanmışdı. Bununla bağlı yayılan məlumatda bildirilirdi ki, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də görüşüblər.

Beləliklə, Almatı görüşü öncəsi ilin əvvəlində Berlində müzakirə olunan məsələlər yenidən aktuallığını qorumaqdadır. Bəlli olduğu kimi, sülhün əldə olunması üçün yaranan imkanlardan istifadə etmək, bununla da, Cənubi Qafqaza əbədi sülh gətirmək ən prioritet məsələdir. Qazaxıstanda baş tutacaq görüş bu məsələdə real tənzimləmə vasitəsinə çevrilə bilər.

Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib

Bütün müzakirələrdə isə bir fakt xüsusi olaraq qırmızı xəttlə keçir - 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən Azərbaycan bölgədə tənzimləyici rolu üstlənib. Ötən ilin sentyabrında baş tutmuş antiterror tədbirləri isə suverenliyimizin bərpası ilə nəticələnib. Beləliklə, bölgədə ədaləti bərpa etmiş ölkəmiz yeni mərhələdə davamlı sülhün əldə olunması üçün gücünü səfərbər edib.

Prezident İlham Əliyev aprelin 26-da Berlində düzənlənmiş mətbuat konfransında deyib ki, Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib: “Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır”.

Qeyd olunduğu kimi, danışıqlar prosesinin hazırki mərhələsi bir sıra müsbət məqamlarla yadda qalır - xüsusilə, ötən ilin sonundan etibarən iki dövlətin müvafiq dövlət strukturları arasında müəyyən razılaşmaların əldə edilməsi, birgə açıqlamaların yayılması və kəndlərin azad olunması kimi faktlar Qazaxıstan görüşünün müsbət nəticə verəcəyinə inamı artırır. Almaniya paytaxtında keçirilən yüksəksəviyyəli tədbirdə Azərbaycan həqiqətlərinin bir daha bəyan edilməsi isə ölkəmizin regional mövqeyini daha da gücləndirir. 

Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Bəli, vurğulandığı kimi sülhün əldə olunacağına inam böyükdür. Artıq bir neçə ildir ki, Azərbaycan bu istiqamətdə qətiyyətli iş aparır. Əsas hədəflər və prioritetlər isə bəllidir - Cənubi Qafqaz Avroasiya materikinin coğrafi mərkəzi olmaqla yanaşı, həm də siyasi-iqtisadi mərkəzinə çevrilməlidir. Mövcud potensialı daha da genişləndirmək uğrunda mübarizə aparan Azərbaycan bölgədə bütün siyasi-iqtisadi, ticari və təhlükəsizlik maraqlarını uzlaşdırır. Şərq-Qərb, Şimal-Cənub xəttlərinin qovşağı kimi xarakterizə olunan Cənubi Qafqaz özünün iqtisadi üstünlüklərini təqdim edir. Təbii ki, dünyanın aparıcı dövlətləri, gücləri bu əməkdaşlıq platformalarında səmimi və qarşılıqlı maraqların qorunması çərçivəsində yer almaq niyyətindədir - Azərbaycanın da əsas məram və ideyası bundan ibarətdir. Biz sülh fürsətini əməkdaşlıq perspektivinə transformasiya etməklə dünyanın yeni - sabit və təhlükəsiz iqtisadi xəritəsini təqdim edirik. Bunun üçün gücümüz, aydın mövqeyimiz və səmimi niyyətimiz var. Prezident İlham Əliyev Almaniya paytaxtında baş tutan mətbuat konfransında bildirib ki, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq: “Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk və buna görə Sizə minnətdarıq”.

Almaniya dəstəkləməyə hazırdır...

Almaniya dövlətinin rəsmiləri də verdikləri açıqlamada ölkələrinin məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirirlər - onlar sülhün əldə edilməsində maraqlı olduqlarını bildirirlər. Kansler Olaf Şolts keçirilən birgə mətbuat konfransında vurğulayıb ki, Almaniya məsələnin uzunmüddətli və davamlı həllinin tapılmasında dəstəkləməyə hazırdır, əgər siz hər ikiniz bunu istəyirsinizsə: “Mən hər iki tərəfi həvəsləndirmək istərdim ki, lazımi kompromislər üçün istək və cəsarət göstərəsiniz. Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir”.

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü zamanı isə sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində iki ölkə arasında birbaşa danışıqlarda əldə edilmiş nəticələr qeyd olunub. Frank-Valter Ştaynmayer bildirib ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

Azərbaycan dövlət başçısının Almaniya Federativ Respublikasının xarici işlər naziri ilə görüşü zamanı Annalena Berbok  Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

P.SADAYOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
17984
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11845
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5361
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5276
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
3998
Rəisi öldü, Pakistanda matəm elan edildi
3730
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3276
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3223
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3025
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2776
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2669
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2565
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2377
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2266
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2025
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1917