AZ

Zəncilərin yaratdığı janr...

Beynəlxalq Caz Günüdür

Haqqında danışacağımız musiqi janrının vətəni Yeni Orlean sayılır. Amerikada yaşayan zəncilərin ritmik musiqiləri ilə ağ dərililərin xalq musiqilərinin qarışığından yaranmış janrdır. Bu janrın dünya musiqi ictimaiyyəti tərəfindən qəbul edilməsi isə 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərinə təsadüf edir. Söhbət vaxtı ilə ABŞ-da istismar edilən hüquqsuz zənci əhalisi, nə vaxtsa öz vətənlərindən didərgin salınmış qara qulların əcdadları arasında yaranmış cazdan gedir.

Yeni Orleandan dünyaya...

Tarixi daha qədim olan cazın belə gec tanınmasının, sözsüz ki, səbəbləri var. Caz Amerikanın cənub ştatlarındakı afrikalı qulların musiqisi hesab edilir. Cazın Yeni Orleanda deyil, Amerikanın digər bir bölgəsində yaranması mümkün deyildi. Çünki sonradan musiqi tənqidçiləri dəfələrlə öz araşdırmalarında cazın Yeni Orleanın bütün xarakterində, mühitində əks olunduğunu bildirirlər. Onlar Yeni Orleanın ABŞ-ın heç bir şəhərinə bənzəmədiyini bildirir və cazın məhz bu şəhərdə yaranmasını təbii hesab edirlər. Bu şəhər öz səs-küyü, şənliyi, ən başlıcası, buradakı zəncilərə daha çox özünüifadəyə imkan verməsi ilə fərqlənirdi. Bu da həlledici bir faktdır ki, Avropadan Cənubi Amerikaya köçmüş ilk qaradərili kolonistlər nəslinin xatirəsinə ucaldılmış yeganə heykəl məhz Yeni Orleandadır.

Cazın inkişafı mərhələləri...

Ragtime: Bu mərhələyə əsasən keçmişdə zəncilərin mərasimlərdə söylədikləri mahnılar aid edilir. 1917-ci ilə qədər davam etmiş bu mərhələnin ən məşhur caz ustası Elli Roli Martondur. Təəssüf ki, bu dövrə aid heç bir caz nümunəsi qalmayıb.

Blues: Amerikalı zənci kölələrin işləyərkən söylədikləri xalq mahnıları olan bluz cazın meydana gəlməsində böyük rol oynayıb. Blues ifadə məzmunu baxımından zəncilərin daxili kədərini, çətinliklərini ifadə edir.

Hot caz: Artıq bu dövrdə caz daha da inkişaf edib, səhnəyə yol tapa bilib. Hot caz dövründə bütün caz ustaları öz üslublarını formalaşdırıb.

Swing: Hot cazın davamı və daha təkmil formasıdır. Bu dövrdə caz bütün sərhədlərini müəyyənləşdirib və tam bir musiqi janrı kimi özünü təsdiq edib. Bu dövrün əsas caz ustaları Louis Armstrong, Colemas Havvkins, Lester Young, Roy Eldridge, Glenn Miller kimi sənətkarlar olub.

Müxtəlif mədəniyyətlərin sintezi...

Qaradərili qulların mahnıları və rəqslərini sivilizasiyalı amerikalılar vəhşi təbiətin məhsulu kimi dəyərləndirirdilər. Avropa musiqisinin ənənəsinə alışmış qulaqlar bu musiqidə ancaq xaos və ahəngsizlik eşidirdi. Təxminən XIX əsrə qədər bu musiqini tədqiq etmək heç kimin ağlına gəlmirdi. Cazın primitiv olduğu qədər də intellektual, insanı göz yaşları həddinə gətirən musiqi janrı, müxtəlif mədəniyyətlərin sintezinin məhsulu olduğunu ağ dərili amerikalılar, eləcə də avropalılar sonralar başa düşdülər.

Caz onu qəbul etmək istəyən və istəməyən bütün xalqların musiqisinə daxil olmuş, hopmuş bir musiqi janrıdır. Hətta SSRİ kimi totalitar rejimə qulluq edən bir ölkə belə bu musiqinin sərhədləri aşmaq qüdrəti qarşısında aciz olub. Caz musiqiyə melodiya baxımından böyük yeniliklər gətirdi.

Yeri gəlmişkən, hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.

Yeganə BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14583
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11513
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5264
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3626
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3171
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3167
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2683
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2364
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2241
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2162
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2052
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836