AZ

70 yaşlı həkimi avtomobil vurdu

Xaçmazın  Xudat şəhərində  Xudat  sağlamlıq mərkəzinim təcili yardım şöbəsinin reanimatoloqu Qalib Saruxanovu avtomobil vurub.

Bizim.Media xəbər verir ki, müxtəlif xəsarətlər alan yaralı  dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

İlk tibbi yardımdan sonra 70 yaşlı həkim kompüter-tomoqrafiya edilməsi üçün Quba rayon mərkəzi xəstəxanasına göndərilib.

Onun Gəndab-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində "Qaz-31" markalı avtomaşınla vurulduğu deyilir.

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və  təhqiqat şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla